Ana səhifə
Qoşulma
Tarif
Xidmətlər
Əhatə dairəsi
Haqqımızda
Telefonlar
SimSiz İnternet
Yeni modeller

 

 

 

 

 

CECT T808

Huawei C5320

 

     

 

Motorola W210

Huawei EC325

Son xəbərlər
 

NAXTEL Fevral ayının 1-dən etibarən SimSiz internet tarifləri aşağı salındi.

 

NAXTEL şəbəkəsinin əhatə dairəsinin artırılması ilə əlaqədar  Şərur, Ordubad Culfa və Naxçıvan şəhərində yeni Antenalar quraşdirilir.

 

 

 

 

 

Əlaqə

Foto qalereya

 

 

1
NAXTEL Xəbərlər

                                                                            Muxtar respublikamızda  həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin davamı olaraq martın 2-də muxtar respublika ərazisini əhatə edən “Naxtel” simsiz rabitə sistemi istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnlo-giyaları naziri Rövşən Məmmədov son illər muxtar respublikamızın rabitə sistemində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, uğurlu quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnən 2006-cı il də muxtar respublikamızda bu sahədə əldə olunan bir sıra uğurlarla yadda qalmışdır. Belə ki, Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası rabitə kanalının yaradılması böyük tutumlu danışıq, video-informasiya, sürətli internet və digər məlumatların mübadiləsini həyata keçirməyə imkan yaratmışdır. Ötən il muxtar respublikamızda mobil rabitənin inkişafı üçün də əlamətdar olmuş, “Bakcell LTD” və “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziya verilmişdir.

   Çox sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında CDMA simsiz rabitənin təşkili layihəsi “Azərbaycan Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası” tərəfindən 2006-cı ilin rabitə nominasiyası üzrə ilin qalibi elan edilmiş və Nazirlik “İntellekt-2006” mükafatı ilə təltif edilmişdir.

 

      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: Bu gün muxtar respublikamızda vacib sahələrdən olan rabitənin yeni sistemi istifadəyə verilmişdir. 15 il bundan öncəyə nəzər salsaq, Naxçıvanda rabitə sisteminin hansı səviyyədə olduğunu aydın görərik. Muxtar respublikamızın işğalçı Ermənistan tərəfindən blokadaya alınmasından sonra regionumuzun beynəlxalq aləmlə əlaqələri kəsildi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz, möhtərəm Heydər Əliyev rabitə blokadasının aradan qaldırılması üçün qardaş Türkiyə Respublikası ilə danışıqlar apardı, bu ölkənin vasitəsilə muxtar respublikamızın beynəlxalq aləmə çıxışı təmin olundu. Ancaq bu işlər Naxçıvanın bütün ərazisini əhatə etmədiyinə görə problemlər mövcud idi. Lakin ümummilli liderimiz ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, rabitə də inkişaf etdi. Bu inkişafdan muxtar respublikamıza da pay düşdü, rabitə sisiteminin müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl və məqsədyönlü işlər görüldü.

 
© copyright NAXTEL 2007