Ana səhifə
Qoşulma
Tarif
Xidmətlər
Əhatə dairəsi
Haqqımızda
Telefonlar
SimSiz İnternet
Yeni modeller

 

 

 

 

 

CECT T808

Huawei C5320

 

     

 

Motorola W210

Huawei EC325

Son xəbərlər
 

NAXTEL Fevral ayının 1-dən etibarən SimSiz internet tarifləri aşağı salındi.

 

NAXTEL şəbəkəsinin əhatə dairəsinin artırılması ilə əlaqədar  Şərur, Ordubad Culfa və Naxçıvan şəhərində yeni Antenalar quraşdirilir.

 

 

 

 

 

Əlaqə

Foto qalereya

 

 

NAXTEL Haqqımızda

 

 
  NAXTEL bir CDMA operatorudur.
       CDMA rabitə sistemi Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyi və Çinin “Huawei” şirkəti arasında bağlanmış müqavilə

  əsasında şirkətin mütəxəssisləri tərəfindən qurulub.
   
  CDMA nədir?
     CDMA ( Code Division Multiple Access ) rəqəmsal rabitənin kod bölümlü
  çoxsaylı çıxış sistemidir. Amerika ordusunun hərbi rabitəsində neçə onilliklər
  boyu istifadəedilən bu texnologiya, kommersiya istismarına yaxın vaxtlarda
  verilib, sonra testən keçirilib və standartlaşdırılıb. Bu texnologiyanın komersiya
  variantını bilavasitə hazırlayan "Qualcomm" kompaniyası olmuşdur.
CDMA necə işləyir?
       CDMA sistemində məlumat kodlaşdırılıb küy-sayağı siqnal şəklində ötürülür,
  onu ümümi fondan seçmək yalnız kodu biləndən sonra mümkündür.
 

     CDMA sistemində bütün məlumat geniş tezliklər diapazonunda ötürülür, eyni    

  zamanda bir neçə abunəçi eyni kanaldan maneəsiz istifadə edə bilər. Rusiyada
  aparılan tədqiqatlar göstərib ki, CDMA sisteminin bir hüceyrəsində 70-ə qədər
  istifadəçi işləyə bilər; bu da CDMA sisteminin səmərəliliyinin göstəricisidir.
  Beləliklə, kod bölümlü çoxsaylı çıxış sistemi ötürülən məlumatı səs
  pozulmalarından və kənar daxilolmadan qoruyur.

     CDMA texnologiyasının üstünlükləri

 

     Təhlükəsizlik və məxfilik. CDMA sistemində abunəçi istifadəsi faktını müəyyən

  etmək, yəni ötürülən siqnalı tutmaq qeyri-mümkündür. Aparılan çox-səviyyəli
  kodlaşdırma şifrin açılmasını praktiki olaraq mümkünsüz etməklə məxfiliyi
qoruyur.
        Yüksək səs keyfiyyəti və küy effektinin azalması. Səs keyfiyyətinə görə CDMA
  telefonları adi şəhər telefonlarından nəinki geri qalmırlar, hətta bütün səs
  pozulmalarını yox etməklə simli telefonları üstələyirlər. Səs keyfiyyəti hətta pik
  saatlarında sabit olaraq yüksək qalır.
       Simsiz və kabelsiz. Sistemin istənilən yerdə qoşulmasını təmin edir. Çoxfunksiyalıq.
     Səs və faks siqnallarının eyni kanalla ötürülməsi.
       Qənaət. NAXTEL şirkətinin təklif etdiyi çox aşağı tariflər.
       Eyni platform üzərində xidmətlər çeşidini təklif edən yeganə simsiz texnologiyadır
       Ekoloji təhlükəsizlik. CDMA telefonlarının elektromaqnit şüalanmasının minimum
  həddi səhhətə dəyən zərərin minimallaşdırılması deməkdir.
       Yüksək ötürmə sürəti. Önəmli bilgilərin bir an öncə əldə edilməsi vaxtında düz
  qərar verməyə və büdcəyə, vaxta və əsəblərə qənaət etməyə kömək edəcək.
     Geniş yayım. 800 MHz tezliyi yayım dairəsini xeyli artırır, bu da digər diapazonda
işləyən sistemlərin əhatəsindən 2-4 dəfə böyükdür.
 
© copyright NAXTEL 2007