|
 |
 |
|
Yeni
modeller |
 |
|
|
|
|
|
|
| |
 |
|
|
|
 |
|
|
CECT T808 |
|
|
|
Huawei C5320 |
|
|
|
|
|
|
|
|
| |
 |
|
|
|
 |
|
|
Motorola W210 |
|
|
|
Huawei EC325 |
|
|
 |
|
Son
xəbərlər |
|
|
|
| |
NAXTEL
Fevral ayının
1-dən etibarən SimSiz internet
tarifləri
aşağı salındi.
NAXTEL
şəbəkəsinin əhatə dairəsinin artırılması
ilə əlaqədar Şərur, Ordubad Culfa və Naxçıvan
şəhərində yeni Antenalar quraşdirilir. |
|
|
|

|
|
|
|
|
|
 |
1
|
NAXTEL
Xəbərlər |
|
Muxtar respublikamızda həyata keçirilən ardıcıl və
məqsədyönlü tədbirlərin davamı olaraq martın 2-də muxtar
respublika ərazisini əhatə edən “Naxtel” simsiz rabitə sistemi
istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya
texnlo-giyaları naziri Rövşən Məmmədov son illər muxtar
respublikamızın rabitə sistemində həyata keçirilən tədbirlər
barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, uğurlu quruculuq
və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnən 2006-cı il də
muxtar respublikamızda bu sahədə əldə olunan bir sıra uğurlarla
yadda qalmışdır. Belə ki, Trans-Asiya-Avropa fiber-optik kabel
magistralı üzərindən Naxçıvan-Bakı arası rabitə kanalının
yaradılması böyük tutumlu danışıq, video-informasiya, sürətli
internet və digər məlumatların mübadiləsini həyata keçirməyə
imkan yaratmışdır. Ötən il muxtar respublikamızda mobil
rabitənin inkişafı üçün də əlamətdar olmuş, “Bakcell LTD” və
“Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziya verilmişdir.
Çox sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında CDMA
simsiz rabitənin təşkili layihəsi “Azərbaycan Layihələrin İdarə
Edilməsi Beynəlxalq Assosiasiyası” tərəfindən 2006-cı ilin
rabitə nominasiyası üzrə ilin qalibi elan edilmiş və Nazirlik
“İntellekt-2006” mükafatı ilə
təltif edilmişdir. |
|
|
|
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək
demişdir: Bu gün muxtar respublikamızda vacib sahələrdən olan
rabitənin yeni sistemi istifadəyə verilmişdir. 15 il bundan
öncəyə nəzər salsaq, Naxçıvanda rabitə sisteminin hansı
səviyyədə olduğunu aydın görərik. Muxtar respublikamızın işğalçı
Ermənistan tərəfindən blokadaya alınmasından sonra regionumuzun
beynəlxalq aləmlə əlaqələri kəsildi. Həmin dövrdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli
liderimiz, möhtərəm Heydər Əliyev rabitə blokadasının aradan
qaldırılması üçün qardaş Türkiyə Respublikası ilə danışıqlar
apardı, bu ölkənin vasitəsilə muxtar respublikamızın beynəlxalq
aləmə çıxışı təmin olundu. Ancaq bu işlər Naxçıvanın bütün
ərazisini əhatə etmədiyinə görə problemlər mövcud idi. Lakin
ümummilli liderimiz ölkəmizdə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra bütün sahələr kimi, rabitə də inkişaf etdi.
Bu inkişafdan muxtar respublikamıza da pay düşdü, rabitə
sisiteminin müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl
və məqsədyönlü işlər görüldü. |
|
|
|
 |
|
|
|